AZ   |   RU
Hikmət Hacıyev və Ceyhun Bayramov müsəlman ölkələrinin səfirləri ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib


Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və xarici işlər naziri Ceyhun Bayramov müsəlman ölkələrinin Azərbaycanda akkreditə olunmuş səfirləri ilə görüşüb. 



Missiya.Az APA-ya istinadən xəbər verir ki, bu barədə XİN-in “X” platformasındakı paylaşımında bildirilib. 


Qeyd edilib ki, qonaqlara Azərbaycan ilə İslam dünyası arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri, münaqişədən sonrakı regional vəziyyət, Azərbaycan-Ermənistanın normallaşması prosesi, o cümlədən Azərbaycanın COP29 üzrə baxışı və prioritetləri barədə məlumat verilib və suallar cavablandırılıb. Xarici işlər naziri Ceyhun Bayramov “X” platformasındakı paylaşımında müsəlman ölkələrinin Azərbaycanda akkreditə olunmuş səfirləri ilə ikitərəfli əlaqələr və bir sıra regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq haqqında hərtərəfli fikir mübadiləsi apardıqlarını qeyd edib. 


Nazir vurğulayıb ki, görüşdə eyni zamanda Ermənistanla sülh və normallaşma prosesi, o cümlədən Ermənistanın Konstitusiyasında və bu ölkənin digər qanunvericilik aktlarında Azərbaycana qarşı davam edən ərazi iddiaları, Ermənistanda artan hərbiləşmə tendensiyaları kimi qalan maneələr müzakirə edilib.




  • 22-10-2024, 19:57