AZ   |   RU
Ceyhun Bayramov Türkiyəni təbrik edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəni milli bayramı – Respublika Günü münasibəti ilə təbrik edib.

Missiya.Az xəbər verir ki, nazir təbrik mətnini rəsmi tviter səhifəsində paylaşıb.

"Bu gün Türkiyə Cümhuriyyətinin qurulmasının 98-ci ildönümüdür. Bu özəl və əlamətdar gündə qardaş Türkiyəni ürəkdən təbrik edir və hər zaman var olmasını diləyirik. İstiqlal mücadiləsində canından keçmiş bütün şəhidlərimizi dərin ehtiramla yad edirik", - XİN başçısı bildirib.



  • 29-10-2021, 09:46