AZ   |   RU
Bu ölkə də BRICS sammitində iştirak edə bilər


Əfqanıstan nümayəndə heyəti Kazanda keçiriləcək BRICS sammitində və ya təşkilatın növbəti yüksək səviyyəli iclasında iştirak edə bilər.

Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Taliban” hökumətinin ticarət və sənaye naziri Nuriddin Əzizi Qazaxıstan-Əfqanıstan biznes forumunun kuluarlarında deyib.

“Bizim BRICS sammitində iştirak etmək üçün göndərdiyimiz məktuba təşkilat rəsmiləri tərəfindən baxılır. Ola bilsin ki, bu dəfə və ya gələn dəfə BRICS sammitində iştirak edəcəyik”, - o bildirib.

N.Əzizinin sözlərinə görə, Əfqanıstan müşahidəçi qismində iştirak etmək istəyir.


Zərintac Mayisqızı
Missiya.Az




  • Bu gün, 12:51