AZ   |   RU
“Türkiyə İrəvanla Bakı arasında vasitəçi deyil” - Simonyan

“Türkiyənin Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində iştirakı göz qabağındadır, lakin o, danışıqlarda vasitəçi deyil və Ankaradan müvafiq təklif daxil olmayıb”.


Missiya.Az “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə müsahibəsi zamanı deyib.


O, qeyd edib ki, Türkiyənin də prosesdə iştirak etmək istəyi ortadadır.


“Ankara da Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasını gözləyir və öz tərəfdaşı Bakını hər cür dəstəkləməyə çalışır”, - deyə Simonyan bildirib.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 12:27