AZ   |   RU
“Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub” - Simonyan

“Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub və belə olaraq qalır”. 


Missiya.Az “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan parlamentdə çıxışı zamanı deyib.


O, qeyd edib ki, “Dağlıq Qarabağ” heç vaxt müstəqil dövlət kimi tanınmayıb.


“Bəhs etdiyimiz ərazi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub və belə də qalır”, - deyə Simonyan vurğulayıb.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 11:32