AZ   |   RU
Britaniya Ukraynaya təxminən 3 milyard dollar yardım edəcək

Böyük Britaniya Ukraynaya 2,26 milyard funt-sterlinq (təxminən 2,93 milyard dollar) kredit verəcək. 


Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında məlumat yerləşdirilib.


Bildirilir ki, bu məbləğ Rusiya Federasiyasının dondurulmuş aktivlərindən əldə edilən gəlirlər hesabına ödəniləcək.


Qeyd olunub ki, Britaniyadan alınan kredit Ukraynanın hərbi xərclərinin büdcə təminatı üçün nəzərdə tutulub. 



Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 09:54