AZ   |   RU
“Ukraynanın NATO-ya daxil olmaq ideyası qəbuledilməzdir” - Lavrov

“Ukraynada rus dilinin qadağası və onun NATO-ya daxil olmaq ideyası qəbuledilməzdir, bundan imtina etmək lazımdır”.


Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.


Onun sözlərinə görə, Ukraynanın rusdilli əhalisinin hüquqları pozulub və onlara rus dilində təhsil qadağan olunub:


“Kiyevdə rus dilində hər hansı mədəni fəaliyyəti dayandıran ayrıca qaydalar çıxarılıb. Bu, yer üzündə qəbuledilməz bir reallıqdır və dərhal aradan qaldırılmalıdır”, - deyə siyasətçi vurğulayıb.

 


Daşqın Həsənov
Missiya.Az



  • Dünən, 16:37