AZ   |   RU
Bu ölkədə daşqınlar 1 milyondan çox insana ziyan vurub

 

Sentyabrın əvvəlindən Cənubi Sudanın müxtəlif bölgələrində baş verən güclü yağış və daşqınlar nəticəsində 1 milyondan çox insan zərər çəkib.

Missiya.Az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) mməlumat yayıb.

OCHA-nın verdiyi açıqlamaya görə, ölkədəki daşqınlar təxminən 271 min insanı didərgin salıb.

Həddindən artıq yağıntı və daşqınlar səbəbindən 15 mühüm təchizat marşrutu yararsız hala düşüb.

Qeyd edək ki, Cənubi Sudan hökuməti may ayında beynəlxalq ictimaiyyətə gözlənilən daşqınların fövqəladə riski barədə xəbərdarlıq etmişdi.


Leyla SƏMƏNDƏR
Missiya.Az




  • Dünən, 16:22