AZ   |   RU
Pentaqon rəhbəri Ukraynaya 400 milyon dollarlıq təhlükəsizlik paketini açıqlayıb

ABŞ-nin müdafiə naziri Lloyd Ostin Ukrayna Müdafiə Qüvvələrinin gücləndirilməsi üçün 400 milyon dollarlıq təhlükəsizlik paketi elan edib.


Missiya.Az “UNİAN”a istinadən xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşü zamanı məlumat yayıb.


O, bildirib ki, Birləşmiş Ştatlar Ukraynada nəyin təhlükə altında olduğunu anlayır.


“Rusiya prezidenti Vladimir Putinin seçdiyi müharibənin nəticəsi bizim və bütün dünya üçün önəmlidir”, - deyə Ostin vurğulayıb.

 

 

Daşqın Həsənov
Missiya.Az



  • Dünən, 16:07