AZ   |   RU
“Avroviziya siyasət müsabiqəsidir” - Sevda Ələkbərzadə

 

Əməkdar artist Sevda Ələkbərzadə Avroviziya ilə bağlı açıqlama verib.

Missiya.Az xəbər verir ki, bu barədə o, jurnalist Pərviz Hüseynin təqdimatında ARB TV-də yayımlanan “Pərvizə görə” layihəsində danışıb.

Sevda deyib ki, özünü sözügedən müsabiqədə təmsilçi kimi görmür:

“Mən Avroviziyada münsiflər heyətində əyləşirəm. Neçə dəfə münsif olmuşam. Namizədlərin seçim turunda da olmuşam. Amma özümü orada ifaçı kimi görmürəm. Bu, politik müsabiqədir. Siyasətdir, musiqi deyil. Ona görə də bu müsabiqə mənə maraqlı deyil. O müsabiqə başdan ayağa siyasətdir. Orada ölkə ölkəyə səs verir. Mən deyə bilmərəm ki, hansısa mahnı sevilib, birinci yer tutub. Bəlkə də nadir hallarda olub”.


Leyla SƏMƏNDƏR
Missiya.Az




  • Dünən, 16:05