AZ   |   RU
Blinken bu gün Yaxın Şərqə səfər edəcək

ABŞ dövlət katibi Entoni Blinken bu gün Yaxın Şərqə yenidən səfər edəcək.


Missiya.Az “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.


Bildirilir ki, amerikalı diplomatın ilk öncə hansı ölkəyə səfər edəcəyi barədə heç bir məlumat verilməyib.


Qeyd edək ki, 2023-cü il oktyabrın 7-də HƏMAS və İsrail arasında başlanan müharibədən sonra bu Blinkenin Yaxın Şərqə 11-ci səfəri olacaq.

 


Daşqın Həsənov
Missiya.Az



  • Dünən, 15:58