AZ   |   RU
Ermənistan hazırda BRİCS-ə qoşulmağı düşünmür - Qriqoryan


Ermənistan hökuməti indiki mərhələdə BRİCS-ə qoşulmaq məsələsini nəzərdən keçirmir.

Missiya.Az xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mher Qriqoryan parlamentdə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, respublika oktyabrın 22-24-də Kazanda keçiriləcək BRİCS sammitində iştirak edəcək, lakin indi ölkənin BRİCS-ə üzvlük perspektivlərini qiymətləndirmək çətindir.

Xatırladaq ki, bundan əvvəl Ermənistan Nazirlər Kabineti baş nazir Nikol Paşinyanın BRİCS sammitində iştirak edəcəyini təsdiqləyib.


Zərintac Mayisqızı
Missiya.Az




  • Dünən, 15:07