AZ   |   RU
Paşinyan bu generala qarşı xidməti araşdırma aparılmasına göstəriş verdi


Oktyabrın 15-də Ermənistan parlamentində İstintaq Komitəsinin sədri Argişti Kyaramyan, hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatları Hovik Ağazaryan və Andranik Köçəryanın iştirakı ilə baş verən biabırçılıqdan sonra Nikol Paşinyan “fırtına” qoparıb, burada tabeçiliyində olanlara kimin şef olduğunu göstərib.

Missiya.Az 
xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri yazıb.

Nəşrin məlumatında bildirilir ki, xüsusilə ötən gün Nikol Paşinyan hökumətin iclasından sonra Kyaramyanı yanına çağıraraq, ona deyib: “Sən özünü yanlış aparmısan”. Buna cavab olaraq Kyaramyan bildirib: “Özümü yanlış aparmamışam, özümü düzgün aparmışam”. Kyaramyanın Paşinyanın söylədiklərini qəbul etməməsi onu əsəbləşdirib və Paşinyan Kyaramyana qarşı xidməti araşdırma aparılmasına göstəriş verib.


"Araşdırmanı kimin və ya hansı qurumun aparacağını hələ dəqiqləşdirə bilməmişik”, - deyə nəşr qeyd edib.



Zərintac Mayisqızı
Missiya.Az



  • Dünən, 14:32