AZ   |   RU
Qubada iki avtomobil toqquşub


Quba rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.



Missiya.Az "Report"a istinadən xəbər verir ki, Quba-Xaçmaz avtomobil yolunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində "VAZ-2104" markalı minik avtomobili ilə “Mercedes” markalı minik avtomobilli toqquşub.


Qəza nəticəsində "VAZ 2104"ün sürücüsü, 1962-ci il təvəllüdlü Rüstəm Mustafayev hadisə yerində ölüb.


Faktla bağlı araşdırma aparılır.



  • 12-10-2024, 17:04