AZ   |   RU
ARVI və qripə yoluxan uşaqlar belə qidalanmalıdır


Kəskin respirator virus infeksiyalarına (Acute respiratory viral infections - ARVI) və qripə yoluxan uşaqların düzgün qidalanması çox önəmlidir. Payız fəslini yaşayırıq. Artıq havalar soyuyur, mövsümi xəstəliklər baş qaldırır.

Mütəxəssislər deyir ki, azyaşlı xəstəlik zamanı yemək istəmirsə, təkid etməyin. Soyuq havalarda uşaqlar tez-tez kəskin respirator virus infeksiyalarından (ARVI) əziyyət çəkirlər. Qrip vaxtı həm gündəlik rejim, həm də uşağın qida rejimi az və ya çox dərəcədə dəyişə bilər. Xəstələnən övladınızı həmin dönəmlərdə az-az qidalandırmaq, bunun sayını yavaş-yavaş artırmaq daha uyğundur. Valideyn uşağa yaşına uyğun, asan çeynənilən və tez həzm olunan xörəklər hazırlamalıdır.

Mütəxəssisin fikrincə, xəstəliyin ilk günlərində şirniyyat və bişmiş məhsulları məhdudlaşdırmaq gərəklidir. Çünki onlar qaz əmələ gəlməsini çoxaldır, bəzi hallarda ürəkbulanma və bəzən qusma kimi xoşagəlməz simptomlar yaradır. Mədə-bağırsaq traktının (GİT) selikli qişasının daha da qıcıqlanmasına səbəb ola biləcək tərkibində çoxlu şəkər və stabilizatorlar olan qablaşdırılmış şirələri və konservləşdirilmiş kompotları istisna etməyə dəyər.

Araşdırmalara görə Qrip və QRVİ-ə yoluxan balacalara pediatrlar süd və bitki mənşəli məhsulların üstünlük təşkil etdiyi pəhrizlərin verilməsini məsləhət görür. Onlar vitamin və minerallarla zəngindir. Bol maye içmək də faydalıdır, bunun üçün isti və ya ilıq çay, zoğal, itburnu həlimi, qələvi mineral su və s. qəbul etməlisiniz.



Zərintac Mayisqızı
Missiya.Az




  • 10-10-2024, 11:50