AZ   |   RU
İsrail Suriyada SEPAH komandirlərinin olduğu binanı hədəfə alıb


İsrail Dəməşqdə SEPAH komandirlərinin olduğu binanı hədəfə alıb. 



Missiya.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Suriya mediası məlumat yayıb. Bildirilib ki, İsrailin Suriyada hava zərbələri endirdiyi bina İnqilab Keşikçiləri Korpusu (SEPAH ) tərəfindən istifadə olunub. 


Təsdiqlənməmiş məlumata görə, hücum zamanı yüksək səviyyəli SEPAH üzvü ölüb. İsrailin “Channel 12” telekanalı hədəf alınan binanın SEPAH-ın yüksək rütbəli üzvlərinin hərəkət yeri olduğunu və ən azı 4 nəfərin həlak olduğunu bildirib.



  • 8-10-2024, 23:28