AZ   |   RU
Paşinyan İlham Əliyevlə keçiriləcəyi iddia olunan Moskva görüşünün detallarını niyə gizlədir? Erməni cəmiyyətini çalxalayan FAKTLAR

Mediada noyabrın ilk 10 günlüyündə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşəcəyi barədə iddialar səsləndirilir. Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov üçtərəfli görüşün olacağını təsdiqləməyib və hər hansı qərar qəbul olunarsa, bununla bağlı ictimaiyyətə məlumatın veriləcəyini deyib. Nə Bakı, nə Moskva, nə də İrəvan yayılan iddiaları təsdiqləməsə də, Ermənistan mediası üçtərəfli görüşlə bağlı analitik yazılar dərc edir, Rusiyada hər hansı sənədin imzalanacağı barədə məqamlara toxunur. 

Missiya.Az xəbər verir ki, “Hraparak” nəşrinin iddiasına görə, görüş 9 noyabrda keçiriləcək və bu tarixin seçilməsi heç də təsadüfi deyil, çünki 2020-ci ilin həmin günü üçtərəfli bəyanat imzalanıb. 

Nəşrin diqqət çəkdiyi məqamlardan biri isə rəsmi təsdiqini tapmayan amma möhtəbər mənbələr tərəfindən keçiriləcəyi iddia olunan görüşdə hansı qərarların veriləcəyi ilə bağlıdır. 

Erməni siyasi analitik Qarik Keryanın fikirincə, imzalanan sənədlərə əsasən Ermənistanın nəzarətində olan Azərbaycana məxsus anklavlar geri qaytarıla bilər. 

Analitikin diqqət çəkdiyi məqamlardan biri isə delimitasiya prosesinin 1920-ci ilə aid Sovet xəritələri əsasında həyata keçirilməsidir. 
Sitat: “Məni narahat edən məqam delimitasiya prosesinin 20-30-cu ilə aid xəritələr əsasında aparılmasıdır. Çünki 20-30-cu illərin xəritələri ilə 70-80-ci illərin Sovet xəritələri arasında ciddi fərqlər var. Əgər delimitasiya  20-30-ci illərin xəritələrinə əsasən aparılsa, Ermənistan ciddi ərazi itkisi ilə üzləşəcək. Bizim üçün delimitasiyanın 1920-ci illərin birinci yarısına aid xəritələr əsasında aparılması sərf edər. Digər naratalığım isə Naxçıvana gedəcək yolun statusu ilə bağlıdır”, - sitatın sonu. 

Qarik Keryan baş nazir Nikol Paşinyanın imzalayacağı sənədlə bağlı cəmiyyəti məlumatlandırmalı olduğunu deyib.

Sitat: “Beynəlxalq hüquqa görə Paşinyan imzalayacağı sənədlə bağlı ictimaiyyəti məlumatlandırmalıdır. Nikol Paşinyanın hansı sənədə imza atacağında xəbərim yoxdur. İddia olunur ki, Paşinyan görüş zamanı qarşılıqlı ərazi bütövlüyünün və sərhədlərin tanınması ilə bağlı sənədə imza atacaq. Həmçinin sülh sazişinin imzalanacağı bildirilir. Ancaq dəqiq fikir söyləmək çətindir. Çünki nə Azərbaycan, nə Ermənistan, nə də Rusiya tərəfi rəsmi şəkildə heç bir məlumat vermir”, - sitatın sonu.  

“Hayastan” fraksiyasının üzvü Artsvik Minasyan mətbuat konfransında bildirib ki, Ermənistan hakimiyyəti cəmiyyətdə yaranan suallarla bağlı açıqlama verməli, əhalini imzalanacaq sənədlər barədə məlumatlandırmalıdır. 

Sitat: “Hakimiyyətin bütün addımları ictimai xarakterli olmalıdır. Qeyri-müəyyən vəziyyətə son qoyulmalıdır. Ən azından əsas siyasi aktyorlar, diaspor nümayəndələri məlumatlandırılmalıdır. Heç bir xəritə, heç bir sənəd əsas götürülməməlidir”, - sitatın sonu. 

Qeyd olunur ki, Ermənistan rəhbərliyi görüşlə bağlı məlumatları gizli saxlayır, heç bir müzakirənin aparılmasına imkan vermir. Çünki hakimiyyətin yeni ərazi itkilərlə və güzəştlərlə bağlı əsaslı qorxuları var. 

Xatırladaq ki, baş nazir Nikol Paşinyanın xarici əlaqələr üzrə keçmiş baş müşaviri Arsen Xaratyanın imzası ilə “Alik Media”da dərc olunan xəbərdə, noyabrın 9-da Ermənistan və Azərbaycan rəhbərləri Moskvada demək olar ki, iki yeni sənəd imzalayacaq.

İddia olunur ki, birinci sənəd ərazi bütövlüyünün tanınması, sərhədlərin demarkasiyası və delimitasiyası barədə olacaq. 

Sitat: “Sərhədlər 1920-ci illərin xəritələrinə uyğun olaraq müəyyənləşdiriləcək. Rusiya prezidenti Vladimir Putin 1920-ci ilə aid xəritələri təsadüfən xatırlatmır. Həmin xəritələr Rusiya ordusunun Baş Qərargahındadır. Bu yaxınlarda Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində keçirilmiş görüş zamanı sərhədlərin delimitasiyası barədə razılıq əldə olunub”, - sitatın sonu. 

Arsen Xaratyan ikinci sənədin isə regionda kommunikasiyaların blokdan çıxarılması ilə bağlı olacaq. Həmin sənəddə Azərbaycan və Naxçıvan arasında dəhlizin yaradılmasının detalları yer alacaq. 

Elvin 
Missiya.Az

 

  • 26-10-2021, 17:21