AZ   |   RU
Bakıda dini toy karvanı təşkil edən 16 nəfər həbs edildi

Bakı şəhərində üzərində ərəb hərfləri ilə yazılmış bayraqlar olan toy karvanında iştirak edənlərlə bağlı məhkəmə qərar verib.

Missiya.Az xəbər verir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, Xəzər Rayon Məhkəməsinin qərarına əsasən, toy karvanında iştirak edərək avtoxuliqanlıq edənlərdən 16 nəfər barəsində 20-30 sutka arası inzibati həbs cəzaları verilib.

Bir nəfər isə səhhəti nəzərə alınaraq həbs edilməyib, o, pul cəriməsi ilə cəzalandırılıb.


  • 25-10-2021, 20:42