AZ   |   RU
“Ukraynanın məhvinə görə ABŞ məsuliyyət daşıyır” - Pentaqonun keçmiş müşaviri

“ABŞ-nin köməyi olmasaydı, Ukraynada münaqişə ay yarıma bitəcəkdi”.


Missiya.Az “Lenta.ru”ya istinadən xəbər verir ki, bunu Pentaqonun keçmiş müşaviri Duqlas Makqreqor deyib.


O, Vaşinqtonu Kiyevi maliyyələşdirməklə Ukrayna münaqişəsini uzatmaqda ittiham edib:


“Ukraynanın məhvinə görə amerikalıların özləri məsuliyyət daşıyırlar. Bizim qeyri-məhdud maliyyəmiz və daimi silah axını olmasaydı, bu münaqişə bir ay yarım belə davam edə bilməzdi”, - deyə Makqreqor vurğulayıb.



Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 15:40