Cümə axşamı 5 İyun 2025 / 8:03:09
                    AZ   |   RU
İsrail Livanın ardınca Suriyaya da zərbələr endirdi

İsrail ordusu Dəməşq əyalətində Livanla sərhəddə yerləşən Suriya hərbi obyektlərindən birinə zərbələr endirib.


Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyi məlumat yayıb.


Bildirilir ki, hadisə nəticəsində 5 Suriya əsgəri həlak olub.


Qeyd edək ki, hazırda İsrail və “Hizbullah” arasında münaqişə hökm sürür.



Daşqın Həsənov
Missiya.Az



  • 27-09-2024, 15:21