AZ   |   RU
Zaqatala sakini sərxoş vəziyyətdə mağazadan 4 min manatlıq oğurluq edib

Zaqatalada şəhər ərazisində yerləşən mağazadan 1 500 manat pul, 2 500 manat dəyərində müxtəlif tütün məmulatları və enerji içkiləri, eləcə də texniki avadanlıqlar oğurlanıb.

Missiya.Az
xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, baş verən oğurluq hadisəsi ilə əlaqədar Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Yuxarı Çardaqlar kənd sakini Tamerlan Abdullayev tutularaq istintaqa təhvil verilib.

Saxlanılan şəxs ifadəsində törətdiyi cinayət əməlini etiraf edib və həmin an sərxoş vəziyyətdə olduğunu bildirib.

Oğurladıqlarını isə yaşadığı çoxmənzilli binanın həyətindəki yardımçı tikilidə gizlətdiyini qeyd edib.

Faktla bağlı cinayət işi başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • 25-10-2021, 11:58