AZ   |   RU
ABŞ hakimiyyəti Paşinyanın siyasətindən narazıdır - Səfir müxalifətlə görüşlərə başladı

ABŞ Ermənistandakı demokratik proseslərin gedişatından narazıdır.
 
Missiya.Az
xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi Qeyri-Hökumət Təşkilatları və müxalifət nümayəndələri ilə görüşlər zamanı rəsmi İravandan narazılığını dilə gətirib.
 
Sitat: “ABŞ səfiri açıq şəkildə deyir ki, Ermənistanda insan hüquqları və demokratiya sahəsində ciddi geriləmələr var. Səfiri narahat edən əsas məqam isə söz azadlığının məhdudlaşdırılmasıdır, - sitatın sonu.
 
ABŞ hökuməti Nikol Paşinyanın siyasi rəqiblərinə münasibətindən də narazıdır.

Müəllif yazır ki, ABŞ-la yanaşı Qərb dairələri və beynəlxalq təşkilatlar da vaxtaşırı olaraq Ermənistanda gedən proseslərdən və hakimiyyətin davranışlarından narazılıq ifadə edirlər.
 
Sitat: “Biz bunu Soros Fondunun Ermənistan nümayəndəliyinin narazılığından, Qərbdən maliyyələşən və baş nazir Nikol Paşinyanın siyasətini tərifləyən medianın davranışlarından hiss edə bilərik. Həmin media nümayəndləri hakimiyyəti sərt tənqid etməyə başlayıblar”, - sitatın sonu.
 
Qeyd edək ki, 2018-ci ilin may ayında “narıncı inqilab” nəticəsində hakimiyyətə gələn Nikol Paşinyan özünü erməni cəmiyyətinə “demokrat” kimi təqdim edirdi. Kütləvi aksiyalar zamanı xalqa şişirdilmiş vədlər verən Paşinyan, hakimiyyətə gəldikdən sonra siyasi rəqiblərinə qarşı təqiblərə başlamışdı. Paşinyanın siyasi rəqiblərinə qarşı represiyası bu gün də davam edir. Azərbaycan tərəfi də Paşinyan hakimiyyətə gəldiyi ilk günlərdən onun demokrat olmadığını, hakimiyyətə gəlmək üçün xalqa yalan vədlər verdiyini bəyan etmişdi.

Elvin
Missiya.Az


  • 22-10-2021, 16:01