AZ   |   RU
Yevlax sakini avtomobillə qəsdən vurularaq öldürülüb - saxlanılan var


Yevlax şəhər ərazisində rayon sakini 1985-ci il təvəllüdlü Elvin İbrahimovun avtomobillə qəsdən vurularaq öldürülməsi barədə polisə məlumat daxil olub.


Bu barədə Missiya.Az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü rayon sakini Zamin Cavadov saxlanılıb.

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.




  • 21-09-2024, 19:37