AZ   |   RU
Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib


Azərbaycan Ordusunun qoşun növləri, hərbi birlik və birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində sentyabrın 20-də Azərbaycanın Dövlət Suverenliyi Günü münasibəti ilə silsilə tədbirlər keçirilib.



Bu barədə Missiya.Az-a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.


Bildirilib ki, keçirilən tədbirlər zamanı müdafiə naziri general-polkovnik Zakir Həsənovun Azərbaycan Ordusunun şəxsi heyətinə təbriki iştirakçıların diqqətinə çatdırılıb. Məlumata görə, çıxış edənlər Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirərək torpaqlarının 20 faizini işğal etdiyini, insanlıq əleyhinə cinayətlər törədərək şəhər və kəndləri viran, təbii sərvətləri isə talan etdiyini, eləcə də dövrün ən dəhşətli faciəsi olan Xocalı soyqırımını törətdiyini bildiriblər.


"Düşmənin növbəti hərbi təcavüz və təxribatlarının qarşısı 44 günlük Vətən müharibəsi və 2023-cü il sentyabrın 19-da həyata keçirilən antiterror əməliyyatında alınaraq tarixi Zəfər qazanılmış, Azərbaycan torpaqları işğaldan azad olunub. Bu gün Azərbaycan Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanır. Tədbirlər çərçivəsində Azərbaycan Ordusunun şəxsi heyəti, həmçinin şəhidlərimizin məzarlarını ziyarət edib, gül dəstələri düzərək xatirələrini hörmət və ehtiramla anıblar", - məlumatda qeyd olunub.



  • 20-09-2024, 19:34