AZ   |   RU
"NATO müttəfiqləri Ukraynaya görünməmiş dəstək verir” - Stoltenberq

NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın Kursk əməliyyatı zamanı əldə etdiyi uğurları dəyərləndirib.


Missiya.Az xəbər verir ki, siyasətçi bu barədə "Foreign Policy"yə müsahibəsində danışıb.


Onun sözlərinə görə, NATO müttəfiqləri hərbi dəstək versələr də, Ukraynanın müharibə planlarına heç bir şəkildə təsir göstərmirlər və bütün qərarları ukraynalılar özləri verirlər.


"NATO müttəfiqləri Ukraynaya görünməmiş dəstək verir. Biz onlara məsləhət veririk və təlimlər keçiririk. Amma biz müharibə aparmırıq. Biz Ukrayna ordusuna komandanlıq etmirik. Çətin qərarlar ukraynalıların özləri tərəfindən qəbul edilməlidir”, - deyə Stoltenberq vurğulayıb.


Siyasətçi bildirib ki, Kursk əməliyyatı Ukrayna qoşunlarının çevikliyini və hücum imkanlarını nümayiş etdirib, eyni zamanda Rusiya qoşunlarına ağır itkilər verib və ukraynalıların mənəviyyatını yüksəldib.


Stoltenberq qeyd edib ki, müharibənin əvvəlində Rusiyanın bir neçə gün ərzində Kiyevi ələ keçirəcəyi ilə bağlı fikir var idi, lakin Ukrayna nəinki müqavimət göstərdi, hətta Rusiya ərazisini ələ keçirməyi bacardı.

 

 

Daşqın Həsənov
Missiya.Az



  • 17-09-2024, 13:24