AZ   |   RU
İsrail ordusu Fələstin İslami Cihad Hərəkatının komandirini öldürüb

İsrail ordusu ötən gün Fələstin İslami Cihad Hərəkatının raket bölməsinin komandiri Əhməd Ayeş Səlama əl-Həşaşı qətlə yetirib.


Missiya.Az “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.


Bildirilir ki, Səlama əl-Həşaş Xan Yunus bölgəsində İsrailin təyin etdiyi humanitar zonaya pilotsuz uçuş aparatı ilə endirilən zərbə nəticəsində öldürülüb.


Qeyd olunub ki, o, İslami Cihadın raket kompleksində əhəmiyyətli şəxs hesab olunurdu və müharibə zamanı İsrailə humanitar zonadan hücumların idarə olunmasına cavabdeh idi.



Daşqın Həsənov
Missiya.Az



  • 17-09-2024, 12:38