AZ   |   RU
İranda avtobus aşıb: Çox sayda ölən və yaralanan var-YENİLƏNİB

 

İranın Yəzd əyalətində avtobusun aşması nəticəsində yaralananların sayı  41 nəfərə çatıb.

Missiya.Az xəbər verir ki, bu barədə “Tasnim News” məlumat yayıb.

Buşehr əyalətindən Məşhəd istiqamətində hərəkət edən avtobusun sərnişinlərinin çoxunun qadınlar və uşaqlar olduğu bildirilir.

Qeyd edək ki, avtobusun aşması nəticəsində 10 nəfər ölüb.


Leyla SƏMƏNDƏR
Missiya.Az




  • 17-09-2024, 12:05