"Müstəqillik xalqımızın ən böyük nemətidir".Bu sözləri ekspert, ictimai fəal Hacı Ələsgərov bildirib.
“Bu gün Azərbaycanın müstəqilliyinin bərpasının 30 ili tamam olur. 30 il ərzində Azərbaycan böyük yol keçib. Çətinlikləri arxada qoymuşuq. Ən əsas müstəqilliyimizi qoruyub saxlamışıq. Azərbaycanın müstəqilliyin qəbul etməyən və ondan qıcıqlanan qüvvələr var. Azərbaycan həmin qüvvələrə məhəl qoymadan öz dövlətçiliyini gücləndirməyi bacarıb. Şükürlər olsun ki, torpaqlarımızı azad edə bildik. Ermənistanı bir dövlət olaraq diz çökdürmüşük. Bu gün heç bir xarici qüvvə xalqımızın milli birliyini poza bilməz”. Ekspert onu da əlavə edib ki, Azərbaycan regionda güclü dövlətə çevrilməyi bacarıb. “Ən iri regional layihələr Azərbaycanın razılığı ilə gerçəkləşir. Bu isə Azərbaycanın dünyada mövqelərinin güclənməsinə səbəb olub. Bölgənin əsas inkişafı xətti Azərbaycandan keçir”.