AZ   |   RU
Kriptovalyuta milyonerlərinin sayı iki dəfə artıb


Ötən il ərzində 1 milyon dollardan çox kriptovalyutaya sahib olan şəxslərin sayı demək olar ki, iki dəfə artıb (95 faiz). Cari ilin iyun ayının sonuna olan məlumata görə, kripto-milyonçuların sayı 172,3 min nəfər təşkil edib.

Missiya.Az 
xəbər verir ki, bu barədə “Henley&Partners” konsaltinq şirkətinin “Crypto Wealth Report” araşdırma yayıb.

Bildirilib ki, 85 min nəfər bitkoin milyonçusu olub ki, bu da bir il əvvəlkindən 111 faiz çoxdur. Son bir il ərzində dünyada 6 yeni kripto-milyarder ortaya çıxıb və hazırda onların sayı 28-ə çatıb. Kriptovalyuta portfeli 100 milyon dolları keçən insanların sayı 79 faiz artaraq 325 nəfər olub.


Zərintac Mayisqızı
Missiya.Az






  • 28-08-2024, 14:35