AZ   |   RU
Kolumbiyalı möhtəkirlər kofenin bahalaşmasına səbəb olublar

Kolumbiyalı istehsalçılar daha az kofe tədarük etməklə dünya bazarlarında kofenin bahalaşmasına səbəb olublar.

Missiya.Az
xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, kolumbiyalı istehsalçılar müqavilələri ləğv edərək, daha əlverişli qiymətə satmaq məqsədilə məhsulun 10%-nin (1 milyon kisə) tədarükünü həyata keçirməyiblər. Bu cür möhtəkirliyin dünya bazarlarında kofenin daha da bahalaşmasına səbəb olacağı gözlənilir.

Hesablamalara görə, nəticədə alıcılar 8-10 milyon ABŞ dolları ziyana düşə bilərlər.

Qeyd edək ki, dünyanın aparıcı kofe istehsalçısı olan Braziliyada hökm sürən pis hava şəraiti artıq kofe qiymətlərinin 55% bahalaşmasına səbəb olub.

  • 12-10-2021, 14:06