AZ   |   RU
Türkiyənin aşağı büdcəli aviaşirkəti Bakıya müntəzəm uçuşlara başlayır

Tükiyənin milli aviadaşıyıcısı - “Türk Hava Yolları” şirkətinin aşağı büdcəli törəməsi - “AnadoluJet” martın 19-dan İstanbul-Bakı-İstanbul istiqamərində müntəzəm uçuşlara başlayacaq.

Missiya.Az xəbər verir ki, aviareyslər həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək.

Təyyarələr Türkiyənin İstanbul şəhərinin Sabiha Gökçən Hava Limanından qalxacaq və ora geri dönəcək.


  • 10-03-2021, 12:12