AZ   |   RU
B12 çatışmazlığının əlamətləri nədir? - ARAŞDIRMA

Vitamin sözü latınca həyat mənasını verən "vita" sözündəndir. Hər bir vitaminin orqanizmimizdə xüsusi rolu var. Onlardan biri də B12-dir.

Sözügedən vitamin istiliyə həssas və suda həll olunandır. Hüceyrədə yağ və amin turşularının bədəndəki istifadəsində mühüm rol oynayır. Sinir toxumasını və beyin funksiyalarını qoruyur, həmçinin qırmızı qan hüceyrələrinin (eritrositlərin) istehsalını təmin edir. Xaricdən gələ biləcək virus və infeksiyaların qarşısını alır.

B12 vitamini insan orqanizmi tərəfindən tək başına istehsal oluna bilməz. Buna görə də onu kənardan gücləndirmək lazımdır. Həmin ehtiyac ümumiyyətlə heyvan mənşəli qidalarla ödənilir. Xüsusilə ət, yumurta, balıq, süd və süd məhsullarında yüksək miqdarda B12 var. Sözügedən vitaminin mənbəyi olan qidaların çox qızdırılmaması və bişirmə müddətinin artıq, uzun olmaması tövsiyə edilir. Bu B12 - nin azalması və ya təsirsiz olması ilə nəticələnir.

Mütəxəssislər deyir ki, B12 azlığı isə unutqanlıq, əsəbilik, halsızlıq, depressiya, əllər, qollar və ayaqlarda tutulmalar, dəri quruluğu, saç dökülməsi və s. şəkildə özünü büruzə verir.




Zərintac Mayisqızı
Missiya.Az




  • Bu gün, 12:28