AZ   |   RU
Azərbaycan Prezidenti Yaponiyanın yeni Baş nazirini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın yeni Baş naziri Fumio Kişidaya təbrik məktubu ünvanlayıb.

Missiya.Az təbrik mətnini təqdim edir:

"Hörmətli cənab Baş nazir,

Yaponiyanın Baş naziri kimi fəaliyyətə başlamağınız münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.

Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulduğu otuz ilə yaxın müddət ərzində Azərbaycan-Yaponiya əlaqələrinin, xüsusilə də iqtisadi əməkdaşlığının inkişafı yolunda əldə edilmiş nailiyyətlər məmnunluq doğurur.

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında dostluq münasibətlərini genişləndirmək, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Yaponiya xalqının rifahı naminə məsul fəaliyyətinizdə uğurlar diləyirəm".


  • 6-10-2021, 16:43