AZ   |   RU
Sabah İmişlidə 8 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılacaq


İyulun 18-də İmişli rayonunda 8 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılacaq.



Missiya.Az "Report"a istinadən xəbər verir ki, "İmişli" QPS-dən qidalanan müxtəlif diametrli Bəhrəmtəpə daşıyıcı qaz xəttində növbədənkənar kipliyin sınağı aparılacaq.


Bununla əlaqədar sabah saat 09:00-dan etibarən işlər başa çatanadək İmişli rayonunun 7 kəndində - Bəhrəmtəpə, Rəsullu, Göbəktava, Şahverdili, Borçalılar, Qaragüvəndikli, Sarxanlı kəndlərində və Bəhrəmtəpə qəsəbəsində (ümumi 4530 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.



  • 17-07-2024, 19:34