Stalindən sonra SSRİ kimi nəhəng dövlətə uzun illər rəhbərlik etmiş Nikita Sergeyeviç Xruşşov barədə sirrlər açılır. Onunla bağlı Rusiya mediasında yayımlanmış “Xruşşovun sirri” məqaləsində maraqlı faktlar yer alıb.
Missiya.Az həmin məqalədəki bəzi məqamları diqqətinizə təqdim edir. Xruşşov kəndli mənşəyi , kiçik yaşlarından mədəndə və fabrikdə işləməsi ilə çox fəxr edirdi. Bununla belə, SSRİ-nin ali rəhbərliyi arasında Xruşşovun əslində istismarçılar sinfindən çıxması və polyak kökləri olması barədə şayiələr var idi.
1938-1939-cu illərdə NKVD-nin rəhbəri Beriya partiya və təhlükəsizlik aparatını əvvəllər repressiyaya məruz qalan Yejovun dəstəklədiyi adamlardan təmizlədiyi dönəmdə Nikita Sergeyeviç Xruşşov də Beriyanın hədəfinə tuş gəlib. NKVD partiya liderlərinin tərcümeyi-hallarına və onların əsl mənşəyinə xüsusi diqqət yetirirdi. Məlum olur ki, Dnepropetrovsk vilayətinin vilayət komitəsinin rəhbəri və Xruşşovun ən yaxın dostu Zadionçenko yoxsul ukraynalı ferma fəhləsinin ailəsində doğulmayıb. Onun atası varlı sənətkar və Yəhudi Sosialist Partiyasının fəalı olan Zayonçik adlı yəhudi olub. Nikita Sergeeviçin ikinci dostu, Ukrayna NKVD-nin rəhbəri Uspenski özünü meşəçinin oğlu kimi göstərdi, amma əslində təhlükəsizlik zabitinin atası tacir Aleksandr Uspenski olub. Bundan sonra Xruşşovun özünü də ifşa etmək üçün təhlükəsizlik işçiləri onun vətəni - Kursk vilayətinin Kalinovka kəndinə gedirlər. Məlum olur ki, yerli sakinlər həmyerlilərini yoxsul kəndlinin oğlu deyil, polşalı torpaq sahibi Aleksandr Qasvitskinin qeyri-qanuni övladı adlandırırlar.
Nikita Sergeyeviçin anası mülkədarın malikanəsində xadimə işləyib. 1914-cü ildə Qasvitski oğlunu ödəniş müqabilində ordudan yayındırıb və Xruşşovu tövsiyə məktubu ilə Yuzovkaya (Donetsk) köhnə dostu, alman sənayeçisi Kirşin yanına göndərib. Xruşşov mədənçi işlədiyini iddia etsə də Molotovun məşhur qeydində də vurğulanırdı ki, “onun işlədiyi mədəni heç vaxt tapa bilmədik”.
Əslində, SSRİ-nin gələcək lideri Kirşin yanında də əmlak müdiri işləyib və fəhlə sinfi ilə heç bir əlaqəsi olmayıb. Keçmiş DTK zabiti Zinkoviç iddia edirdi ki, Stalin bütün həyatını özünü “kənd axmağı” kimi göstərməyə sərf etmiş Xruşşovun əsl mənşəyi haqqında məlumatlı olub. İ. Yejov və SSRİ Nazirlər Sovetinin sədri Malenkov da Nikita Sergeyeviçin polyak mənşəli olduğunu biliblər. Buna baxmayaraq Xruşşovun gerçək mənşəyi heç vaxt sübuta yetirilməyib. Berya bunun üçün çox çalışsa da sonda elə Xruşşovun təşkil etdiyi saraydaxili əməliyyat nəticəsində həbs olunub və sonradan zindanda güllələnib.
Elcan
Missiya.Az