AZ   |   RU
AVRO-2024-də final matçını idarə edəcək hakim bəlli olub


Almaniyada təşkil olunan Avropa çempionatının final matçını idarə edəcək hakim müəyyənləşib.

Missiya.Az
 xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, İspaniya və İngiltərə komandaları arasındakı görüş fransalı Fransua Leteksyeyə tapşırılıb.

Xatırladaq ki, iyulun 14-də Berlində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.


Zərintac Mayisqızı
Missiya.Az



  • 11-07-2024, 16:22