AZ   |   RU
NATO-nun hərbi infrastrukturu Rusiya sərhədlərinə doğru hərəkət edir


NATO-nun hərbi infrastrukturunun Rusiya sərhədlərinə doğru hərəkəti davam edir. 


Missiya.Az TASS-a istinadən xəbər verir verir ki, bu barədə jurnalistlərə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.


 “Biz NATO-nun Qara dəniz şəhərlərində logistik mərkəzlər yaratmaq və Avropada əlavə məntəqələr açmaq qərarını görürük. Və biz görürük ki, əslində, NATO-nun hərbi infrastrukturu daim, tədricən bizim sərhədlərimizə doğru irəliləyir”, - Peskov bildirib. 


Onun sözlərinə görə, alyansın əsas məqsədi Rusiyaya strateji məğlubiyyət uğratmaqdır. “Bu, bizi qəbul edilmiş qərarları və aparılan müzakirələri çox dərindən təhlil etməyə, bəyannamənin mətnini çox diqqətlə təhlil etməyə məcbur edir. Bu, ölkəmizin milli təhlükəsizliyi üçün çox ciddi təhdiddir”, - deyə Peskov yekunlaşdırıb və əlavə edib ki, Rusiya NATO-nun qarşısını almaq üçün cavab tədbirlər hazırlamalı olacaq. 


İyulun 11-də ATO-nun sammitinin yekunlarına dair bəyanat yayılıb. Söhbət Ukraynanın alyansa gedən “dönməz yoldan” və 2025-ci ildə Kiyevə 40 milyard avro ayırmasından gedir. 


Elcan
Missiya.Az



  • 11-07-2024, 14:35