AZ   |   RU
"Azərbaycan əsgərlərinə atəş açdım, yıxılmadılar" - Erməni həkim Şuşada yaşadığı dəhşəti danışır

İkinci Qarabağ Müharibəsində iştirak edən həkim Suren Sahakyan Azərbaycan əsgərlərinin Şuşa şəhərinə daxil olması barədə danışıb.
 
Missiya.Az xəbər verir ki, Suren Azərbaycan əsgərləri üçün tələ qurduqlarını amma planlarının baş tutmadığını bildirib. 

Sitat: “Bizim mövqeyimiz çox yaxşı yerdə idi. Hündürlükdə idik. Daşlardan xüsusi maneə qurmuşduq. Maneənin qarşısına isə odunlar qoymuşduq. Düşünürdük ki, Azərbaycan əsgərləri gələndə odunları dərədən aşağı atacağıq. Güllə sərf etmək lazım olmayacaq. Biz diversiya qrupunun gələcəyini gözləyirdik. Amma tam əksi oldu. Bir anda şəhərdən səslər gəlməyə başladı. Şəhərdə döyüşlər gedirdi. Biz döyüşlərdən xəbərsiz idik. Şəhərlə əlaqə saxladıq, dedilər ki, vəziyyət yaxşıdır. Bir müddət sonra bizim olduğumuz əraziyə artilleriya atəşi açıldı”, - sitatın sonu. 

Sahakyan deyib ki, filmlərdə gördükləri Şuşada başına gəlib. 

Sitat: “Bu hadisələri filmlərdə görüşdüm, atamın danışdığı hekayələrdə eşitmişdim. Heç vaxt düşünmürdüm ki, real həyatda belə bir vəziyyətə düşüm.  Birdən gördük ki, Azərbaycan əsgərləri bizim səngərə çatırlar. Üç əsgərə birdən atəş açdım, yıxılmadılar. Artıq əsgərlər bizim səngərə daxil olurdular. Əsgər yoldaşlarım qışdıqdı ki, “Suro, qaç 2-ci sərgərə...”. Mən də qaçdım”, - sitatın sonu.  

Suren müsahibəsi zamanı bildirib ki, ixtisasca həkimdir. Amma 44 günlük müharibədə tankçı kimi döyüşüb.

Elvin
Missiya.Az

 

  • 4-10-2021, 16:19