AZ   |   RU
TFF Merih Demirala 2 oyunluq cəza verilməsi ilə bağlı məlumatı təkzib edib


Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalının Avstriya millisi ilə matçında "bozqurd" işarəsi göstərən Türkiyə yığmasının üzvü Merih Demiral UEFA tərəfindən 2 oyunluq cəza verilməsinə dair yayılan xəbərlər həqiqəti əks etdirmir.

Missiya.Az
“NTV Spor”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

Bildirilib ki, UEFA-nın Merih Dəmiralla bağlı araşdırması davam edir.

Zərintac Mayisqızı
Missiya.Az




  • 5-07-2024, 09:54