AZ   |   RU

Sülh danışıqları sabitliyin, təhlükəsizlin təməlini qoyacaq


Prezident İlham Əliyev dəfələrlə regionda sabitliyin bərqərar olması üçün sülh danışıqlarının həyata keçirilməsini vurğulayır.

Ermənistanla sülh danışıqlarına hazır olduğunu da bəyan edir. Müharibə bitibsə münaqişə də bitib. Azərbaycan və Ermənistan arasında münasibətlər normalaşarsa Qənubi Qafqazda region üçün yeni imkanlar yaranar. Lakin Ermənistan tərəfi həmişə olduğu kimi yenə də inadından əl çəkmir.  Ölkə başçısı müsahibələrində də Sülh danışıqlarının regionu sabit və təhlükəsiz vəziyyətə gətirdiyini-bildirir. Cənab Prezidentin France-24 kanalına müsahibəsində də Vasitəçilik İnstitutunun danışıqlar prosesində böyük əhəmiyyəti olduğunu vurğulayıb.  

İki ölkə rəhbərləri arasında təmaslar adətən ATƏT-in Minsk qrupu çərçivəsində təşkil olunurdu. Onlar gündəliyi təklif edib görüşlər təklif edirdilər. Əgər yenidən Minsk qrupupunun həmsədrləri belə görüş təklif edərsə Azərbaycan buna qarşı çıxmaz –deyib.Regionda sülhün bərqərar olması Azərbaycanın rəsmi mövqeyini əks etdirir.  Yuxarıda adını çəkdiyimiz telekanala müsahibəsində cənab Prezident deyir -Müharibənin artıq bitməsinə baxmayaraq,ermənilər Dağlıq Qarabağın Ermənistana məxsus olduğunu ya da ayrıca bir qurum olduğunu iddia edirlər. Ölkə başçısı daha sonra bildirib ki müharibə zamanı Fransa özünü düzgün aparmadı. 

Münaqişə zamanı Fransa bəyənatlarında da Azərbaycana qarşı çıxdı. Lakin belə olmamalı idi Fransa ATƏT-in mandatına sahibdirsə bitərəf olmalı idi. Cənab Prezident erməni hərbi əsirlərin saxlanılması ilə bağlı ‘’Human Rights Watch’’-un ittihamların rədd edib. Müharibə zamanı bütün götürülmüş hərbi əsirlərin Ermənistana qaytarıldığını söyləyib. Hərbi əsirlər müharibə zamanı əsir düşmüş şəxslərdir.2020-ci ilin noyabrın 10-da müharibə dayandırıb. Dekabrın əvvəlində bu təxribatçı qrupun 62 nəfərini aşkar edib azad etdiyini söyləyib. Ölkə başçısı nə qədər humanistlik göstərsə də hələ də Ermənistan tərəfi  məkrlərindən əl çəkmir. Amma gec-tez Azərbaycan torpaqında yaşayan hər kəs Azərbaycan qanunlarına riayət edəcək.

Səriyyə Cəfərova




Baxış sayı: 102
  • 2-10-2021, 11:30