AZ   |   RU
“İsrail bizim yanımızda, İran isə işğalçının yanında olub” – Ramin Əhmədov

“Son günlər Azərbaycanda bəzi radikal dini cərəyənlara üzv olan şəxslər İsrail əleyhinə çıxışlar edir, ölkəmizdə dini qarşıdurma yaratmağa cəhd göstərirlər. Bu şəxslər əsasən xarici ölkələrin, xüsusilə İran İslam Respublikasının dini dairələrinin, xüsusi xidmət orqanlarının təsiri altındadırlar. Həmin şəxslər anlamırlar ki, yahudilərlə azərbaycanlılar daim dostluq münasibətində yaşayıblar və heç bir daxili və ya xarici təsirlər bu dostluğu poza bilməz. Təl-Əviv həm müharibədən əvvəl, həm də müharibə dövründə Azərbaycan açıq dəstək göstərib, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüz siyasətini pisləyib. Həmçinin İsrail Azərbaycan ən müasir silahları satıb, ordumuzun modernləşməsinə töhfə verib. İsrailin Azərbaycana Vətən Müharibəsi zamanı göstərdiyi dəstəyi görməzdən gəlmək olmaz”.

Missiya.Az
xəbər verir ki, bu sözləri Missiya Media Qrupun rəhbəri, Türk Ağsaqqalları Birliyinin (TAİB) İdarə Heyətinin sədri Ramin Əhmədov son günlər sosial şəbəkələrdə İsrail əleyhinə səsləndirilən fikirlərlə və ölkəmizdə dini qarşıdurma istəyən qüvvələrlə bağlı danışarkən deyib.

Ramin Əhmədov bildirib ki, İsraildən fərqli olaraq, İran həm müharibədən əvvəl, həm də müharibədən sonra Ermənistana açıq şəkildə dəstək göstərib, bütün xəbərdarlıqlara baxmayaraq öz əməllərindən əl çəkməyib: “Azərbaycan həmişə İranla münasibətlərə önəm verib, iqtisadi və siyasi əlaqələrin inkişafına çalışıb. Azərbaycan Qərb dövlətlərinin təzyiqlərinə baxmayaraq, heç vaxt İranla bağlı sanksiyalara qoşulmayıb. Ölkəmiz heç vaxt Azərbaycan ərazisinin İrana zərbələr endirmək üçün poliqona çevrilməsinə imkan verməyib. Amma İran Azərbaycanın xoşməramlı siyasətinə adekvat cavab vermir. Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, İran öz təxribatçı əməllərindən əl çəkmir. 30 ilə yaxın müddətdə Ermənistana nəfəslik rolunu oynayan İran, Azərbaycanın qələbəsini, regionda yaratdığımız yeni reallıqları qəbul etmək istəmir. Rəsmi Tehran sözdə Azərbaycanın ərazi bütövlüyün tanıdığını desə də, əməldə buna zidd addımlar atır, Qarabağa qanunsuz yük daşımağa davam edir. İsrail isə tam əksinə, həmişə Azərbaycanın yanında olub. Bundan sonra da belə olacaq. İki xalqın, iki dövlətin dostluğunu heç bir qüvvə poza bilməz”.

Dövlət Təhlükəsizlik Xidmətinin təxribatçı çıxışlarla bağlı yaydığı xəbərdarlığa toxunan Ramin Əhmədov bildirib ki, DTX-nın ölkəni qarışdırmaq istəyənlərə adekvat və çevik cavabı təqdirəlayiqdir: “Tarix boyu Azərbaycan heç bir dini və siyasi qruplar incidilməyib. Xalqımız həmişə fərqli dini cərəyənlara qarşı tolerant münasibət göstərib. Amma bu münasibətdən dövlətimiz əleyhinə, dost olduğumuz xarici dövlətlərə qarşı istifadə etmək yolverilməzdir. Bu, milli təhlükəsizlik məsələsidir. Ona görə də Azərbaycanın təhlükəsizliyinə, dövlətçiliyimizə yönələn bütün təhdidlərə qarşı ən ciddi tədbirlər görülməlidir. Yəqin ki, təxibatçı çıxışlara meyyilənənlər onlara ünvanlanan xəbərdarlıqlardan nəticə çıxaracaqlar. Vətənini sevən, bu dövlətə bağlı olan heç bir şəxs xarici ölkələrin siyasi maraqlarına alət olmaz”.

Missiya.Az

  • 30-09-2021, 13:38