AZ   |   RU
Rusiya Ukraynaya sursatların tədarükü ilə bağlı məlumatları yoxlayacaq - Peskov
 
Rusiya Qərb ölkələri vasitəsilə Ukraynaya mümkün serb sursatlarının tədarükü barədə məlumatları yoxlayacaq və Belqradla əlaqə saxlayacaq. 

Missiya.Az "TASS"a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. 

Qeyd edək ki, iyunun 22-də "Financial Times" xəbər verib ki, 2022-ci ildən Serbiya təxminən bir milyard dollar dəyərində silah ixrac etmiş ola bilər ki, bu da Ukraynaya çatıb. Nəşr qeyd edib ki, Serbiya prezidenti Aleksandr Vuçiç bu məlumatı dolayısı ilə təsdiqləyib. 


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 24-06-2024, 16:08