AZ   |   RU
İsmayıllıda cücələrə su verən qadını elektrik cərəyanı vuraraq öldürüb


İsmayıllı rayonunda 47 yaşlı qadını elektrik cərəyanı vuraraq öldürüb.

Missiya.Az Report-a istinadən xəbər verir ki, Talıstan kənd sakini, 1977-ci il təvəllüdlü Göyçə Hacalı qızı Hüseynova həyətdə cücələrə su verərkən elektrik naqilinə toxunub və nəticədə onu cərəyan vurub.

Hadisə yerinə İsmayıllı rayonun hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub, meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.




  • 15-06-2024, 16:59