AZ   |   RU
Nizami rayonunda 15 iyun Milli Qurtuluş Günü münasibətilə elmi-praktik konfrans keçirilib- FOTOLAR

 

Nizami Rayon İcra Hakimiyyəti və YAP Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 iyun Milli Qurtuluş Günü münasibətilə “Əsrin möcüzəsi: Dünyaya günəş kimi parlayan bütöv Azərbaycan!” mövzusunda elmi-praktik konfrans keçirilib. 


Missiya.Az xəbər verir ki, konfransda Milli Məclisin deputatları, qonaqlar, rayonun hüquq-mühafizə orqanlarının, təhsil və səhiyyə müəssisələrinin rəhbərləri, ictimai təşkilatların nümayəndələri, qazilər, tarix müəllimləri və fəal gənclər iştirak ediblər. 

 

Öncə konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq əziz xatirəsini böyük ehtiramla yad ediblər. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransda Ulu öndər Heydər Əliyevin, eləcə də Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Sonra 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş video-film nümayiş olunub. Konfransda giriş sözü ilə çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin böyük xilaskarlıq fəaliyyətinin əsası qoyulan 15 iyun - Milli Qurtuluş Günü çağdaş tariximizin qızıl hərflərlə yazılmış ən şanlı səhifələrindən biridir. Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür. 1993-cü il iyunun 15-də Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan məhv olmaq təhlükəsindən, dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan dövlətinin və xalqının həyatında tamamilə yeni bir dövrə qədəm qoyulub.


Digər çıxış edənlər 15 İyun - Milli Qurtuluş Günündən başlayan böyük siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildiriblər. Bu gün Cənab Prezident İlham Əliyevin rəhbərliyi və şəxsi nəzarəti altında işğaldan azad olunmuş bütün ərazilərdə möhtəşəm quruculuq, təmir-bərpa işləri aparılır, yeni infrastruktur layihələr həyata keçirilir. Qarabağa yeni həyat qayıdıb, dövlətimiz öz gücü ilə tamamilə yenidən qurulur və artıq bir sıra layihələnin icrası başa çatdırılıb. 


Məruzəçilər Milli Qurtuluş Gününün tariximizin şərəfli səhifəsi olduğunu bir daha vurğulayıblar.


Leyla SƏMƏNDƏR

Missiya.Az

   



  • 13-06-2024, 15:00