Çərşənbə axşamı 3 İyun 2025 / 0:20:47
                    AZ   |   RU
“NATO ölkələrinin Rusiyaya hücumlarda iştirakı bütün alyansı münaqişəyə cəlb edəcək” - Medvedev

“NATO ölkələrinin Rusiyaya hücum üçün Ukraynaya yardım göndərməsi təhlükəli və zərərlidir. Cavab o qədər dağıdıcı olacaq ki, bütün alyansı münaqişəyə cəlb edəcək”.


Missiya.Az xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün “Teleqram” kanalında yazıb.


“Bunlar təhlükəli və zərərli yanlış fikirlərdir. Bu, münaqişənin ciddi şəkildə artmasıdır”, - deyə siyasətçi vurğulayıb.

 


Daşqın Həsənov
Missiya.Az



  • 31-05-2024, 12:22