AZ   |   RU
Ramin Əhmədov şəhid anaları ilə görüşüb - "Dövlətimiz həmişə yanınızda olacaq" - FOTOLAR
Missiya Media Qrupunun rəhbəri, Türk Ağsaqqalları Birliyinin (TAİB) İdarə Heyətinin sədri Ramin Əhmədov bu gün şəhid Murad Məmmədovun xatirə guşəsinin açılışında şəhid anaları ilə görüşüb. Ramin Əhmədov bildirib ki, şəhid ailələləri daim Prezident İlham Əliyev və birinci Vitse-prezident Mehriban xanım Əliyevanın diqqətindədir.
 
Missiya.Az xəbər verir ki, dövlətin şəhid ailələri və qazilərə qayğısından danışan R.Əhmədov bundan sonra da Nizami rayonu sakini olmuş şəhidlərimizin ailə üzvləri və qazilərə doğma münasibət bəslənəcəyini, onları qayğılandıran məsələlərin həllində yaxından iştirak edəcəklərini deyib. 

"Dövlət başçısı hamımıza örnəkdir. Onun çağırışları bizim fəaliyyətimizin əsas istiqamətlərini təşkil edir. Əmin olun ki, dövlətimiz həmişə sizin yanınızda olacaq. Biz də dövlətimizin və Prezidentimizin əsgəri kimi daim sizin qulluğunuzda dayanacağıq" - deyə, Ramin Əhmədov vurğulayıb.


  • 25-09-2021, 12:58