AZ   |   RU
Mina probleminin nəticələrini aradan qaldırmaq üçün beynəlxalq dəstəyi gücləndirmək lazımdır - ANAMA sədri

Qarabağda mina probleminin nəticələrinin aradan qaldırılması üçün beynəlxalq dəstəyi gücləndirmək lazımdır.

Missiya.Az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Zəngilanda “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərimizin 10 285 kvadrat kilometri mina və partlamamış hərbi sursatlarla müxtəlif səviyyələrdə çirklənmiş hesab olunur.




  • 30-05-2024, 11:28