AZ   |   RU
Diş sağlamlığı üçün faydalı olan 5 qida

 

Dişlərin hər zaman sağlam olması üçün ağız və diş baxımı ilə yanaşı, istehlak edilən qidalara da diqqət yetirilməlidir. Çünki bəzən vitamin çatışmazlığı səbəbindən dişlər sıradan çıxır, bu səbəbdən düzgün seçilmiş qidalardan istifadə etməliyik.

 

Mütəxəssisislər dişlər üçün bu 5 qidanı tövsiyyə edirlər:


Xırtıldayan və az turşulu meyvə və tərəvəzlər: Yerkökü, kərəviz, alma və tərəvəz kimi meyvələr təbii diş fırçası hesab oluna bilər, dişlərinizdə qida qalıqlarını və nəfəsinizi təzələyir. 


Kivi: Bu meyvə tərkibində ən çox C vitamini olan meyvədir. Bu vitamin diş əti sağlamlığı üçün əhəmiyyətlidir. C vitamini ilə zəngin qidalar qəbul etdikdə diş ətinizdəki kollagen quruluş güclənir və diş əti xəstəliklərinə qarşı qorunursunuz. 

 

Yaşıl soğan: Soğanın antimikrobiyal, antibakterial və antioksidant xüsusiyyətləri sübut edilmişdir. Çürüklərə səbəb olan, diş səthində böyüyən bakteriyaların yaratdığı turşudur. Gündəlik qida rasionunuza yaşıl soğan əlavə etməklə bu kiçik mikroblarla mübarizədə əlinizi gücləndirə bilərsiniz. 


Şiitake göbələyinin tərkib hissələrindən biri olan Lentinan kariyesə səbəb olan bakteriyaları hədəf alan antibakterial maddədir.Bu göbələk diş ətinin iltihabına qarşı da qorunmağa kömək edir. 

Yaşıl çay: Yüksək antioksidant tərkibi və bir çox sağlamlıq faydası ilə yaşıl çay ağız sağlamlığınız üçün də çox faydalıdır. Müntəzəm olaraq yaşıl çay içən insanlarda diş əti xəstəliklərinə daha az rast gəlindiyi sübut edilmişdir. Unutmayın ki, yaşıl çayı gündəlik rasionunuza əlavə etmək təkcə ümumi sağlamlığınıza deyil, həm də ağız və diş sağlamlığınıza fayda verəcək. Arıqlamaq üçün də yaşıl çayın istifadəsinin əhəmiyyətli olduğu hər kəsə məlumdur.


Bir sözlə, həm gigiyenik vasitələrdən, həm də vitaminli qidalardan istifadə etməklə sağlam, bəyaz dişlərə sahib ola bilərsiniz. Vaxtı-vaxtında həkim müayinəsindən keçmək də mütləqdir.


Leyla SƏMƏNDƏR
Missiya.Az




  • 29-05-2024, 16:00