AZ   |   RU

İki aydır axtarılan İsmətlə Ülfətin cəsədləri tapıldı


Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşlarının ANAMA əməkdaşlarının iştirakı ilə birlikdə keçirdikləri axtarış tədbirləri nəticəsində iyul ayının 30-da itkin düşmüş Daşkəsən rayon Alaxançallı kənd sakinləri 2010-cu il təvəllüdlü İsmət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmovun minaya düşmüş cəsədlərini Göygöl rayonunun Kəlbəcər rayonu ilə sərhədində, minalanmış ərazidə aşkarlayıb. 

Missiya.Az xəbər verir ki, DİN Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov açıqlamasında bildirib ki, hava şəraiti ilə əlaqədar cəsədləri ərazidən çıxarmaq mümkün olmayıb.

Onların nəşi sabah prokurorluq əməkdaşlarının iştirakı ilə ərazidən çıxarılacaq.

Qeyd  ki, Ü.Rüstəmov və İ.Bayramov qonşudurlar.

Xatırladaq ki, 2010-cu il təvəllüdlü İsmət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmov iyul ayının 30-da at gətirmək adı ilə rayonun Alaxançaylı kəndindən çıxıb və bir daha geri qayıtmayıblar. Onların dumanlı havada azmaları ehtimal olunurdu.


Baxış sayı: 80
  • 24-09-2021, 19:19