AZ   |   RU
Müğənni Aleyna məşhurluqdan şikayətləndi


Türkiyəli tanınmış müğənni Aleyna Tilki gənc yaşda məşhurluq qazanmağından şikayətlənib.

Missiya.Az 
xəbər verir ki, ifaçı həyatını rahat yaşaya bilmədiyini bildirib.

“Uşaqlığımı heç yaşaya bilmədim. Sevgilim olmadı, əl-ələ tutub küçədə küçədə gəzə bilmədim, kofe içə bilmədim. Məşhurluğuma görə Amerikada belə rahat ola bilmədim”, - deyə, o əlavə edib.

Qeyd edək ki, müğənni 2016-cı ilin avqustunda "Cevapsız Çınlama" mahnısı ilə Türkiyədə tanınıb.

Zərintac Mayisqızı
Missiya.Az




  • 27-05-2024, 10:43